Aksiyalar nəticə vermir

"Kütləvi aksiyalar Azərbaycana xarici təzyiqlər üçün əlavə cəbhə açır". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri millət vəkili Zahid Oruc İctimai Palatanın aprel ayında kütləvi aksiyaıar keçirmək qərarına münasibət bildirərkən səsləndirib. Zahid Oruc deyib ki, aksiyalar siyasi nəticə doğurmur. Əksinə daha artıq dərəcədə münasibətlər sistemini gərginləşdirir, ümumi həyatda problemlər yaradır: "Digər tərəfdən bizim siyasi qüvvələrimiz mövsüm üzrə ixtisaslaşıblar və görünür ki, coğrafi deterministlər vaxtı ilə haqlı deyiblər ki, insan təbiətin məhsuludur. Aprel-may ayları köhnə yanaşma ilə hansısa nostaljiləri doğurur və həmin qüvvələr də düşünürlər ki, bu ayları aktiv fazada keçirsələr gələcək dövrdə hansısa inqilabi nəticələr əldə edə bilərlər. Millət vəkilinin sözlərinə görə,  belə pərakəndə durumda olan, siyasi cəhətdən çox ciddi dərəcədə sarsılmış, maliyyə imkanları kifayət qədər tükənmiş, elektorat bazasında problemlər yaşayan qüvvələrin aksiyalarla fərqli bir situasiya formalaşdıracaqları inandrıcı deyil.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00