Ayova ştatı 31 mart soyqırımını tanıdı

Birləşmiş Ştatların Ayova ştatının qanunverici orqanı olan Nümayəndələr Palatası 31 Mart - azərbaycanlıların soyqırımının 95 illiyi və Azərbaycanın anım gününü tanıyan qətnamə qəbul edib. Diasporla İş üzrə Dövlət Komitəsindən "OLAYLAR"-a verilən məlumata görə, "Pax Turcica" İnstitutunun həyata keçirdiyi illik məlumatlandırma kampaniyası nəticəsində ABŞ-ın Ayova ştatının qanunverici orqanının nümayəndəsi David Jacoby və senator Robert Dvorsky 1918-ci il martın 31-də azərbaycanlılara qarşı törədilmiş soyqırımın 95 illiyinin qeyd olunması haqda bəyanatla çıxış ediblər. Qanunverici orqanın nümayəndəsi tərəfindən imzalanmış bəyannamə Azərbaycan-Amerika Şurasının (AAŞ) Ayova nümayəndəliyinə təqdim edilib. Bəyannamədə qeyd edilir ki, 1918-ci il martın 30-dan aprel 3-dək Erməni İnqilabi Federasiyasının (Daşnak Partiyası) silahlı qrupları bolşeviklərin dəstəyi ilə Bakıda və Azərbaycanın digər şəhərlərində 20.000 azərbaycanlını və digər müsəlman xalqlarının nümayəndələrini vəhşicəsinə qətlə yetirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00