Söyün Sadıqovla Eldar Namazov arasında əlaqələndirici kimdir?

Aygün Paşayeva həm də Azerros-un keçmiş rəhbərinin Azərbaycandakı nümayəndəsidir

Adının çəkilməsini istəməyən mənbədən redaksiyamıza daxil olan məlumata görə, ailə-qadın məsələləri ilə məşğul olan QHT-lərdən birinin fəalı Aygün Paşayeva adlı şəxs həm də Rusiyada Azərbaycanlıların Federal Milli-Mədəni Muxtariyyətinin keçmiş prezidenti Söyün Sadıqovun Azərbaycandakı nümayəndəsidir. Mənbə bildirib ki, bu xanım S.Sadıqovun Azərbaycan KİV-ləri ilə əlaqələrini tənzimləyir, onun materiallarını mətbuatda, xüsusilə "Yeni Müsavat" və "Azadlıq" qəzetlərində, müxtəlif yerli saytlarda yerləşdirir. 
Mənbəmiz bildirir ki, S.Sadıqov və onun arxasında duran dairələrlə Azərbaycandakı siyasi qurumların, xüsusilə "Ziyalılar Forumu", "El" hərəkatının əlaqələndiricisi kinodramaturq Rüstəm İbrahimbəyovdur. Lakin hazırda, o, Azərbaycana gələ bilmədiyinə görə, A.Paşayeva həm də S.Sadıqovla bu qurumlar arasında vasitəçi rolunu oynayır. Onun E.Namazovla müntəzəm əlaqə saxladığı, ofisdən çıxarılmamışdan öncə tez-tez "El"in qərargahında göründüyü bildirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00