İlham Əliyev dünyada “İlin adamı” elan olundu

Böyük Britaniyanın nüfuzlu "The Business Year" jurnalı Azərbaycan prezidenti İlham Əliyevi dünyada "İlin adamı" elan edib. "Qafqazinfo" AzərTAc-a istinadən xəbər verir ki, İ. Əliyev "İlin adamı" mükafatına son beş ildə Azərbaycanın dinamik inkişafına, dünyanın geosiyasi məkanında fəal iştirakına, BMT-nin Təhlükəsizlik Şurasının üzvü kimi qlobal arenada sülh və təhlükəsizliyin təmin olunmasına, "Azərspace" ilk telekommunikasiya peykinin orbitə buraxılması ilə Azərbaycanda, bölgədə və dünyada internetin, informasiya-kommunikasiya texnologiyaları sektorunun inkişafına verdiyi önəmli töhfələrə, Azərbaycanın mühüm beynəlxalq ictimai, siyasi, iqtisadi, humanitar forumların, konfransların, idman yarışlarının keçirildiyi mərkəzə çevrilməsindəki xidmətlərinə görə layiq görülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00