Milli Demokratiya İnstitutunun fəaliyyəti cinayət tərkiblidir
Qabil Hüseynli: “Baş Prokurorluq tərəfindən MDİ-nin fəaliyyəti barədə tədqiqatların aparılması qanunauyğundur”
4 Aprel 2013 14:10 SiyasətAzərbaycan rəsmilərinin ölkədə "facebook inqilabı"na maliyyə dəstəyi verməkdə ittiham etdiyi ABŞ-ın Milli Demokratiya İnstitutu ətrafında gərginlik davam edir. Bu dəfə isə Azərbaycan mətbuatı MDİ-nin Bakı ofisinin rəhbəri Aleks Qriqorievsin artıq Bakıya girişinin əngəlləndiyinə diqqət çəkir. Məsələyə münasibət bildirən politoloq Qabil Hüseynli hesab edir ki, Milli Demokratiya İnstitutu ilə yanaşı ölkədə fəaliyyət göstərən xarici siyasi təşkilatlar, QHT-lər Azərbaycanın qanunvericiliyinə uyğun olaraq fəaliyyət göstərməlidirlər: "Bu nöqteyi-nəzərdən MDİ-nin siyasi və maliyyə fəaliyyəti haqqında rəsmi Bakıya hesabat verə bilməməsi Azərbaycan qanunvericiliyinə uyğun olaraq cinayət tərkiblidir. Təşkilat Azərbaycan daxilində ciddi maliyyə pozuntulularına yol verib. MDİ-nin 1 milyon dolları haraya xərclədiyi barədə Azərbaycan hakimiyyətinə hesabat verə bilməməsi barədə Baş Prokurorluq tərəfindən tədqiqatların aparılması qanunauyğundur". ("OLAYLAR" İA)