İsveç məhkəməsinin sədri Julian Assanca bəraət qazandırdı

Stefan Lindskoq: "Bəşəriyyətin xeyrinə bəzi gizli məlumatların cəmiyyətə çatdıran adam haqqında düşünmək lazımdır!”

İsveç Ali Məhkəməsinin sədri Stefan Lindskoq "Wikileaks"in qurucusu Julian Assanc haqqındakı cinsi zorakılıq iddialarını "qarışıq məsələ" adlandırıb. Türkiyə mətbuatının məlumatına görə Lindskoq Assancın minlərlə məxfi sənədi ifşa etməkdən mühakimə olunması üçün ABŞ-a ekstradisiya edilməsinin qarşısında çoxlu maneələrin olduğunu bildirib. Məhkəmə sədri Julianın cəmiyyəti məlumatlandırmaq kampaniyasını tərifləyərək, "Wikileaks"in qurucusu üçün: "Bəşəriyyətin xeyrinə bəzi gizli məlumatları cəmiyyətə çatdıran adam haqqında düşünmək lazımdır!" - deyib. Qeyd edək ki, İsveçdə iki qadına cinsi zorakılıqda ittiham olunan Julian Assanc 2012-ci ilin iyunundan Ekvadorun İngiltərə səfirliyinə sığınıb. ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00