VİP seçkilərlə bağlı qərarını verəcək

Aprelin 7-də Vətəndaş və İnkişaf Partiyasının şəhər və rayon şöbələrinin iştirakı ilə toplantı keçiriləcək. Partiyadan "OLAYLAR"-a verilən məlumata görə, toplantıda ölkədəki ictimai-siyasi vəziyyət, regionda və beynəlcalq aləmdə baş verən proseslər, müxalifətdaxili durum, eləcə də bu ilin oktyabrında keçiriləcək prezident seçkilərində iştirak məsələləri müzakirə ediləcək. İclasda Vətəndaş və İnkişsaf Partiyasının prezident seçkiləri ilə bağlı rəsmi mövqeyinin açıqlanacağı da nəzərdə tutulur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00