TürkPA-nın maliyyə məsələlərinə baxılacaq

Türkdilli Ölkələrin Parlament Assambleyasının  Sosial, Mədəni və Humanitar məsələlər daimi Komissiyasının 2-ci iclası keçiriləcək. "OLAYLAR"-ın xəbərinə görə, Türkiyənin paytaxtı  Ankarada keçiriləcək iclas aprelin 5-də baş tutacaq. TürkPA-ya üzv ölkələrin nümayəndə heyətlərinin iştirak etdiyi iclasdan sonra isə assambleyanın İqtisadiyyat, Ticarət və Maliyyə məsələləri daimi Komissiyasının iclası keçiriləcək. Hər iki iclasda Türkdilli Ölkələrin Parlament Asambleyasının baş katibi Ramil Həsənov da iştirak edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00