İvanişvili Saakaşvilini müxalifət simasında belə görmək istəmir

Hikmət Hacızadə: “Gürcüstan prezidenti tez-tez baş nazir administrasiyasının bu cür təxribati gedişlərilə üzləşir”

Gürcüstan prezidenti Mixail Saakaşvili istintaqa cəlb oluna bilər. Ölkə başçısı 8 il əvvəl azərbaycanlıların məskunlaşdığı Kvemo-Kartli vilayətində səfərdə olarkən dəm qazından boğulan baş nazir Zurab Jvaniyanın ölümündə şübhəli bilinir. Tiflis prokuroru Gürcüstan prezidentinin konkret nə ilə bağlı sorğuya çağırıldığını açıqlamasa da, Mixail Saakaşvilinin hələ birinci prezidentlik müddəti zamanı keçmiş baş nazir Zurab Jvaniyanın ölümü və müxalifət nümayişlərinin dağıdılması ilə əlaqədar dindiriləcəyi ehtimal edilir. Məsələyə münasibət bildirən politoloq Hikmət Hacızadənin sözlərinə görə Saakaşvili İvanişvilinin ən güclü siyasi rəqibidir: "Ona görə də Saakaşvili tez-tez baş nazir administrasiyasının bu cür təxribati gedişlərilə üzləşir. Hətta İvanişvili prezidentlik müddəti bitəndən sonra Saakaşvilini özünə qarşı müxalifət simasında da görmək istəmir. Odur ki, ciddi-cəhdlə onu tamamilə siyasətdən kənarda saxlamağa çalışır. Digər tərəfdən Zurab Jvaniyanın müəmmalı ölümü bu gün də dünya ictimaiyyətinə sirr olaraq qalır. Digər tərəfdən də ölümün sirrinin açılması baxımından Saakaşvilinin istintaqa cəlb olunması təbii qəbul edilməldir". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00