Ermənistanı xilas etmək Minsk Qrupu həmsədrlərinin mühüm vəzifəsinə çevrilib - POLİTOLOQ

Mübariz Əhmədoğlu: “Həmsədrlər ikinci dəfə Sərkisyanın münaqişəinin həllinə hazır olan lider imicini yaratmağa cəhd edirlər”

"ATƏT-in Minsk Qrupunun son Paris görüşünün əsl niyyəti bəlli oldu. Prezident seçkilərindən sonra çətin vəziyyətə düşmüş Ermənistanı xilas etmək ATƏT MQ həmsədrlərinin mühüm vəzifəsinə çevrilib. Prezident S.Sərkisyanın ilk müraciəti ilə vasitəçilər zərurət olmadan Parisdə xarici işlər nazirlərinin yeni görüşünü təyin etdilər". Politoloq Mübariz Əhmədoğlu "2013-cü ilin mart ayı üzrə beynəlxalq və regional ictimai-siyasi proseslərin təhlilinə həsr olunmuş analitik materialın təqdimatına dair keçirilən mətbuat konfransında belə deyib. M.Əhmədoğlunun sözlərinə görə Sərkisyan Dağlıq Qarabağ münaqişəsinin həllinə hazır olması görüntüsünü yaratmağa çalışır: "Minsk Qrupunun Sərkisyana dəstək istiqamətindəki bu texnologiyası Sərkisyan üçün uğurla nəticələndi. Seçkilərə beynəlxalq müşahidəçilər tərəfindən müsbət qiymət verildi, Rusiya və Fransa prezidentlərinin təbrik məktublarında Dağlıq Qarabağın tənzimlənməsinə dair xüsusi eyhamlar vuruldu. Bununla Minsk Qrupu həmsədrləri öz vasitəçilik missiyasına ciddi zərbə vurdular. Prezidentlərin görüşünü təşkil edə bilməyən vasitəçilər xarici işlər nazirlərinin görüş ənənəsini də sıradan çıxardılar. Bu faktor vasitəçilərin fəaliyyətsizliyinin nəticəsidir. Həmsədrlər bununla ikinci dəfə Sərkisyanın münaqişənin həllinə hazır olan lider imicini yaratmağa cəhd edirlər". ("OLAYLAR İA")

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00