İlham Əliyev Kanada nümayəndə heyətini qəbul edib
3 Aprel 2013 14:36 SiyasətOlaylar İA prezidentin rəsmi saytına istinadən bildirir ki, ölkəmizə ikinci dəfə səfər etdiyini vurğulayan Kanada İcmalar Palatasının sədrinin müavini, Kanada-Azərbaycan dostluq qrupunun sədri Barri Devolin ötən dövr ərzində paytaxtımızda gedən çox böyük inkişaf proseslərinin şahidi olduqlarını bildirib.
Görüşdə Azərbaycanla Kanada arasında əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, parlamentlərarası əməkdaşlıq və digər sahələrdə genişləndirilməsi üçün böyük potensialın olduğu vurğulanıb, münasibətlərimizin möhkəmləndirilməsində qarşılıqlı səfərlərin önəmi qeyd olunub, ikitərəfli əlaqələrimizin perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00