ASİM-DER yenə ermənilərin hədəfində
3 Aprel 2013 14:05 SiyasətBeynəlxalq Əsilsiz Erməni İddialarına qarşı Mücadilə Dərnəyinin Van təmsilçisi İrfan Ermiş ermənilər tərəfindən təhqir edilib. "OLAYLAR"-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən ASİM-DER rəhbəri Göksəl Gülbəy deyib ki, buna səbəb rəhbərlik etdiyi təşkilatın da gərgin əməyi sayəsində aprelin 1-də açılması nəzərdə tutulan Van-İrəvan təyyarə reysinin ləğv olunmasıdır. Sözügedən təyyarə reysinin ləğvində ASİM-DER-in Van təmsilçisi İrfan Ermişin də gərgin əməyinin olduğunu deyən Göksəl Gülbey bu səbəbdən ermənilərin ona qızğın olduqlarını vurğulayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00