Mövqelərimiz atəşə tutulub

Erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun işğal olunmuş Mərzili, Goranboy rayonunun Gülüstan, Füzuli rayonunun Aşağı Seyidəhmədli, Qaraxanbəyli, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında və Göygöl  rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən movqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar. Düşmən cavab atəşi ilə susdurulub.

***

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq aprelin 4-də Azərbaycan Respublikasının Tərtər rayonunun Tərtər-Ağdərə yolu və  aprelin 5-də Ağdam rayonunun Ağdam-Bərdə yolu üzərindəki təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır. Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçisi Yevgeniy Şarov və ofisin maliyyə administrasiyasının rəhbəri Conattan Ferrabi keçirəcəklər. Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov və Jiri Aberle keçirəcəklər. Monitorinq zamanı ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi 4 aprel tarixdə təmas xəttinin Azərbaycan Silahlı Qüvvələrinin nəzarətdə olan hissəsindən işğal olunmuş Ağdərə istiqamətinə, 5 aprel tarixdə isə təmas xəttinin qarşı tərəfindən Bərdə istiqamətinə keçməyi planlaşdırırlar. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00