Azərbaycanda yeni seçki dairəsi yaradıldı
14 saylı Xəzər ikinci seçki dairəsinin əsasında Pirallahı seçki dairəsi qurulub
2 Aprel 2013 19:08 SiyasətAzərbaycanda Pirallahı seçki dairəsi yaradılıb. Bununla bağlı qərar Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında qəbul olunub. MSK-nnı sədr müavini Natiq Məmmədov bildirib ki, bununla bağlı 13 saylı Xəzər birinci və 14 saylı Xəzər ikinci seçki dairələrinin adlarında və ərazilərinin tərkibində dəyişiklik edilib.14 saylı Xəzər ikinci seçki dairəsinin əsasında Pirallahı seçki dairəsi yaradılıb. Bu dəyişikliklə bərabər "13 saylı Xəzər birinci seçki dairəsi" "13 saylı Xəzər seçki dairəsi" olub.İclasda, həmçinin bəzi seçki dairələrinin tərkibində dəyişikliklər edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00