Əvəz Temirxan: “VİP-lə fikir müxtəlifliyimiz var”

"Azərbaycan Liberal Partiyası ilə Vətəndaş və İnkişaf Partiyası arasında müttəfiqliyin pozulduğunu söyləmək düzgün olmazdı". Belə bir açıqlama ilə  çıxış edən Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxan "OLAYLAR"-a deyib ki, rəhbərlik etdiyi partiya ilə Vətəndaş və İnkişaf Partiyası arasında sadəcə fikir müxtəlifliyi mövcuddur: "İnsani münasibətlərimiz isə normal qaydada qalır".Qeyd edək ki, Azərbaycan Liberal Partiyası ilə VİP arasında ittifaqın baş tutmamasına birincinin Demokratik Qüvvələrin Məşvərət Məclisinə qoşulması olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00