İngiltərə mətbuatının iddiasının heç bir ciddi əsası yoxdur
Yevda Abramov: “Region üçün ağır olan bu cür məsələlərdə İsrail Türkiyə ilə danışıqlar belə aparmaz”
2 Aprel 2013 17:15 Siyasət"İsrail İrana hücumda Türkiyəni yanına almaq üçün üzr istəyib". İngiltərənin "The Economist" jurnalı belə yazıb. Xəbərdə bildirilir ki, İsrail Suriya və İrana hücumda Türkiyənin Malatya şəhərindəki hərbi baza və "Patriot" raketlərindən istifadə etmək məsələsində əməkdaşlıq məqsədi güdür: "Belə ki, İsrailin də Türkiyə üzərindən təyyarələrini uçurub İrandakı hədəfləri vurma kimi bir planı var. Ancaq rəsmi Ankara buna icazə verməyəcək". Məsələyə münasibət bildirən millət vəkili Yevda Abramovun sözlərinə görə dünyada istənilən mətbuat müəyyən məsələlərə şəxsi prizmalardan yanaşa bilər: "İnandırıcı deyil ki, İrana hücum zamanı Türkiyə İsraili dəstəkləyərək onun yanında olsun. İki dövlət arasındakı münasibətlər hələ yeni-yeni isinməyə başlayır. Region üçün ağır olan bu cür məsələlərdə İsrail Türkiyə ilə danışıqlar belə aparmaz. Ona görə də ingilis nəşrinin iddialarının ciddi əsasları yoxdur". (OLAYLAR İA)