Asiyada müharibənin hərarəti qalxır... - MÖVQE
Elxan Şahinoğlu: “Şimali Koreya istənilən halda Cənubi Koreyanı məhv etməsi üçün düyməni basa bilər”
1 Aprel 2013 17:52 SiyasətŞimali Koreya höküməti hərbi hava qüvvələrini hazır vəziyyətə gətirib. Raketlərin hədəfi isə Koreya yarımadasının fəzasında uçan ABŞ-ın B-2 bombardmançı-təyyarələri və Cənubi Koreyanın hərbi mövqeləridir. Ağ Ev rəsmisi Cuk Hegel məsələyə münasibət bildirərək deyib ki, Şimali Koreya etdiklərinin təhlükəli olduğunu anlamalıdır: "Bildiririk ki, biz bu təxribatını ciddi qəbul edirik və cavab verəcəyik". Dünya dövlətləri haqlı olaraq İran və Şimali Koreyanın nüvə silahı əldə etməsinə qarşı mübarizə aparır. Çünki, bu cür radikal rejimlər istənilən halda əllərindəki silahlardan istifadə edə bilərlər". Politoloq Elxan Şahinoğlu məsələyə münasibət bildirərkən belə deyib. E.Şahinoğlu bildirdi ki, İran və Şimali Koreya dünya üçün təhlükəli dövlətlərdir: "Şimali Koreya həmişə Cənubi Koreyanı müharibə hədəsi ilə qorxu altında saxlayır. Şimali Koreya istənilən halda Cənubi Koreyanı məhv etməsi üçün düyməni basa bilər. Çünki, Koreyanın sosialist rejiminin başında uşaq dayanıb. Yəqin ki, Kim Çen İninin ətrafında olan ağıllı siyasətçilər onu başa salacaqlar ki, Şimali Koreyanın Cənubi Koreyaya və ABŞ-ın Koreya yarımadasındakı mövqelərini vurması rəsmi Pxenyan üçün böyük təhlükələrə yol açacaq. İstənilən halda Şimali Koreyanın adi bir zərbəsinə ABŞ ən ağır şəkildə cavab verəcək. Buna baxmayaraq hələ də regionda müharibə gərginliyi davam edir. Diplomatik danışıqlardan da çox şey asılıdır. Yaxın vaxtlarda Şimali Koreya nümayəndə heyəti danışıqlar aparmaq üçün ABŞ və Cənubi Koreya ilə müzakirələrə başlaya bilər!" ("OLAYLAR" İA)