Gürcüstan kökumətindən vauçer ayrıseçkiliyi - AÇIQLAMA

İsrail Məhərrəmov: “Yerli hakimiyyət orqanları hansısa yanlışlığa yol veriblərsə bu barədə tədbirlər planı hazırlanmalı və icra edilməlidir”

"Gürcüstan hökümətinin kənd təsərrüfatının dəstəklənməsi üçün yerli əhaliyə paylanması üçün nəzərdə tutulmuş birdəfəlik vauçerlərin verilməsində problemlər yaranıb". Gürcüstan Türkləri Konfederasiyasının (GTK) 1-ci Vitse-prezidenti İsrail Məhərrəmov belə deyib. İ.Məhərrəmov bildirib ki, Marneuli, Bolnisi və Qardabani rayonlarının ərazilərindəki kəndlərin bir çox vətəndaşları və kənd təsərrüfatı ilə məşğul olan fərdi şəxslər vauçerlər almayıblar, həmçinin vauçerlərin paylanmasında ciddi qüsurlar mövcuddur: "Bu barədə mən rəsmi dairələrə müraciət etsəm də məsələ həll edilməmiş qalır. Mən çox təəssüf edirəm ki, kənd təsərrüfatı ehtiyaclarının ödənilməsi üçün Gürcüstan höküməti tərəfindən əhaliyə paylanmış vauçerlər hamıya çatmayıb və yaxud təyinatı üzrə verilməyib. Elə vətəndaş var ki, əkin sahəsi yoxdur, amma ona vauçer verilib, ancaq fermer təsərrüfatı, torpaq sahəsi olan şəxslərə vauçerlər lazımi miqdarda düşməyib və yaxud heç verilməyib, məsələyə aydınlıq gətirilməlidir. Əgər torpaq sahibkarları haqqında məlumatlar doğru deyilsə hökumət təcili tədbir görməlidir və yaxud yerli hakimiyyət orqanları hansısa yanlışlığa yol veriblərsə bu barədə tədbirlər planı hazırlanmalı və icra edilməlidir. Əsas məsələ isə yerli əhaliyə vauçerlər təyinatı və ehtiyac miqdarında, düzgün və ünvanlı şəkildə verilməsidir. Gürcüstan Türkləri Konfederasiyası (GTK) bu məsələ barədə araşdırma aparmağa başlayıb və ictimaiyyətə araşdırmanın nəticələri barədə məlumat veriləcək!" ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00