Sinan Oğan: “31 martı unutmayacağıq”
1 Aprel 2013 17:29 SiyasətTürkiyə Böyük Millət Məclisinin deputatı Sinan Oğan 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı müraciət yayıb. "OLAYLAR"-a daxil olan müraciətdə xalqımızın tarix boyunca müxtəlif soyqırımlarına və müsibətlərə məruz qaldıqları vurğulanıb, Bakıda, Şamaxıda, Qubada, Kürdəmirdə, Salyanda, Lənkəranda ermənilər tərəfindən amansız qətliamların törədildiyini qeyd edən TBMM üzvü erməni silahlı dəstələrinin Anadoluda, o cümlədən İğdırda, Qarsda, Vanda və Ərzurumda da qanlı soyqırımlar törətdiyini qeyd edib. Azərbaycan və Türkiyənin sevincli və kədərli günlərdə bir-birinin yanında olduğunu vurğulayan Sinan Oğan müraciətdə bildirib ki, bu soyqırımlar tarixdən izimizi silə bilməyib. Bakıda üçrəngli Azərbaycan bayrağı, Ankarada ay-ulduzlu Türkiyə bayrağı dalğalandıqca heç bir qüvvənin buna gücü çatmayacaq. Sonda TBMM üzvü qeyd edib ki, 1918-ci ilin 31 martını nə unutmayacaq, nə də unutdurmayacağıq.