Şuşada talış radiosunun fəaliyyətə başlamasının arxasında Rusiya dayanır

Azərbaycan Demokrat Partiyasının İdarə Heyətinin növbəti toplantısı keçirilib. Partiyadan "OLAYLAR"-a daxil olan məlumata görə, toplantıda ölkədə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər əsas müzakirə obyekti olub. Idarə heyəti üzvləri Şuşada "Talışo-səda" radiosunun fəaliyyətə başlamasından narahat olduğunu bildirib və bu cür separatist hərəkətlərin arxasında Rusiya müəllifliyinin durduğunu diqqətə çatdırıb. Partiya hakimiyyəti suverenliyimizin pozulmasına qarşı yönələn bu və digər buna bənzər separatist hərəkətlərin qarşısını almağa,  dövlətin unitarlığına xələl gətirə biləcək cəhdlərin qarşısını hər vasitə ilə almağa çağırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00