Pirallahı rayonunda soyqırımı qurbanlarının xatirəsi yad edilib
1 Aprel 2013 14:50 SiyasətMərasim V.Mustafazadə adına Mədəniyyət Mərkəzində təşkil edilmişdi. Rayonun rəhbər işçiləri, idarə, müəssisə və təşkilatların, əmək kollektivlərinin, ictimaiyyətin nümayəndələri, orta məktəblərin şagirdləri 31 mart - Azərbaycanlıların Soyqırımı Günü münasibətilə soyqırımı qurbanlarının, bütün şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla anmışlar. Tədbirdə çıxış edən İcra hakimiyyətinin başçısı Vasif İmanov ümummilli liderimiz Heydər Əliyevin 1998-ci il 26 mart tarixli Fərmanı ilə azərbaycanlıların soyqırımına əsl hüquqi və siyasi qiymətin verildiyini qeyd etmiş, Azərbaycan xalqına qarşı törədilən erməni vəhşiliklərindən danışmış, bu faciələrin unudulmamasının və hadisələrin gələcək nəsillərə çatdırılmasının vacibliyini bildirmişdir.