YAP rəhbərliyi Aran zonasına səfər edib

Yeni Azərbaycan Partiyasının rəhbərliyi respublikanın Aran zonasına səfər edib. Partiyadan "OLAYLAR"-a daxil olan məlumata görə, səfər çərçivəsində hakim partiyanın sədr müavini Əli Əhmədov Sabirabad və Saatlı rayonlarında olub. Saatlı rayonunda partiyanın fəalları ilə görüşən Əli Əhmədov YAP-ın yeni istifadəyə verilən inzibati binası ilə də tanış olub. Gənclər Mərkəzində keçirilən görüşdə partiya fəalları qarşısında çıxış edən Əli Əhmədov  qarşıda duran vəzifələrdən  danışıb. Qeyd edib ki, hər bir partiya üzvü prezident seçkilərində fəal olmalı və qələbəmizin təmin edilməsində səylərini ortaya qoymalıdır. Saatlı rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov da görüşdə iştirak edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00