ACP-nin sabiq üzvlərinin “EL” Hərəkatına qoşulmasında problem yoxdur

Sülhəddin Əkbər: “Onlar partiyaya üzv olmaq üçün ərizə ilə müraciət etmədiklərinə görə təşkilatın sıralarından kənarlaşıdırılıblar”

Açıq Cəmiyyət Partiyasının bir sıra üzvləri Rəsul Quliyevin onları aldatdığını bəhanə gətirərək təşkilatın üzvlüyündən imtina ediblər. ACP Ali Məclisinin sədr müavini Feyruz Quliyev, Ali Məclisinin üzvü Oqtay Mirzəyev, ACP sədrinin sabiq müavini Nizami Məmmədov partiyadan istefa verərək, El Hərəkatına  qoşulublar. Məsələyə münasibət bildirən ACP sədri Sülhəddin Əkbərin sözlərinə görə ACP açıq fəaliyyətə keçəndən sonra təşkilatda üzvlərin yenidən qeydiyyata alınması prosesi başlayıb: "Artıq kimlərin partiyada qalıb qalmayacağı müəyyənləşdirilib. Onlar partiyaya üzv olmaq üçün ərizə ilə müraciət etmədiklərinə görə təşkilatın sıralarından kənarlaşıdırılıblar. Mən ACP-yə sədr olandan sonra F.Quliyev, O.Mirzəyev, N.Məmmədov partiya üzvü olmayıblar. Onların "EL" Hərəkatına qoşulması isə şəxsi istəklərindən irəli gəlir". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00