“Qarabağ münaqişəsinin həlli ATƏT-ə hər hansı dövlətin sədrlik etməsindən asılı deyil” - AÇIQLAMA

Akif Nağı: “Ukraynanın ATƏT-dəki missiyası cəmisi 6 aydır, təşkilat isə tamam ayrı dövlətlərin tabeliyində olan birlikdir”

"Rusiya Ukraynanın ATƏT-ə sədrlik edən ölkə kimi münaqişələrin həlli istiqamətində fəaliyyətini dəstəkləyir". Rusiyanın xarici işlər naziri Sergey Lavrov ukraynalı həmkarı Leonid Kojara ilə görüşündə belə deyib. "Ukraynanın ATƏT-ə sədrliyi ilə bağlı Azərbaycan mətbuatında optimist fikirlər səsləndirilir ki, Ukrayna Azərbaycan və regiona yaxın olan dövlətdir, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ən kiçik detallardan belə xəbərdardır. Həmçinin bu cür fikirlər də səsləndirilir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli Rusiyanın parçalanmasından keçir. Bu tipdə Qarabağ probleminin həll olunmasına dair müxtəlif arqumentlər gətirilir. QAT sədri Akif Nağı məsələyə münasibət bildirərkən belə deyib. Akif Nağının sözlərinə görə, Ukrayna ATƏT-ə sədrliyi dövründə münaqişəsinin həll olunmasına görə hər hansısa səylər göstərə bilər: "Ukrayna bu gün Cənubi Qafqazla müqayisədə Rusiyaya daha yaxın olan dövlətdir. Yanukoviçin hakimiyyəti dönəmində həmin münasibətlər daha da istiləşib. Rusiya Ukraynanın təşkilata sədrliyi dövründə məsələyə bir az yumşaq yanaşıla bilər. Dağlıq Qarabağ münaqişəsinin həlli ATƏT-ə hər hansı dövlətin sədrlik etməsindən asılı deyil. Ukraynanın ATƏT-dəki missiyası cəmisi 6 aydır, təşkilat isə tamam ayrı dövlətlərin tabeliyində olan birlikdir. Azərbaycanda BMT Təhlükəsizlik Şurasının iclaslarında sədr kimi çıxış edir, lakin bu faktor formal xaraketr daşıyır. Ukraynanın sədrliyi dövründə də Qarabağ münaqişəsinin həll olunması yönündə ciddi dəyişilik olmayacaq. Məsələnin həlli ABŞ və Rusiya arasında razılaşmadan gedir, iki dövlət arasında isə regionla bağlı ortaq nəticəyə gəlinməyib. Münaqişənin həlli əsasən Azərbaycanın Rusiyaya dirəniş göstərməsindən asılıdır". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00