30-dan çox ölkənin qadınları Bakıya gələcək

Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (ICAPP) Qadınlar Qolunun ilk iclası aprelin 4-6-da Bakıda keçiriləcək. "OLAYLAR"-a daxil olan məlumata görə, "Asiyanın gələcək inkişafında qadınların yeri" mövzusunda keçiriləcək tədbirə Yeni Azərbaycan Partiyası ev sahibliyi edəcək. Məqsəd geniş potensiala və resurslara malik olan Asiyanın siyasətçi qadınlarının bir araya gələrək qitənin gələcək inkişafında, bölgədə sülhün, əmin amanlığın və davamlı inkişafın əldə olunmasında onların əməkdaşlığının qurulmasıdır. Bu tədbirdə, həm də Asiyanın siyasətçi qadınlarının çoxtərəfli və ikitərəfli əməkdalığı da müzakirə ediləcək. İlk dəfə keçiriləcək bu tədbirdə 30-dan çox ölkənin siyasi partiyalarını təmsil edən 50-dən çox qadın siyasətçi iştirak edəcək. Tədbirə bir sıra beynəlxalq təşkilatların təmsilçiləri də qatılacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00