Müasir gəncliyi milli-mənəvi dəyərlərə qarşı qalxmağa məcbur edən nədir?

Ümid Partiyası sədrinin müavini Ruslan İzzətli Azərbaycan bayrağının dəyişdirilməsi təşəbbüsü ilə çıxış edib. Partiya rəsmisi iddia edib ki, Azərbaycan bayrağı üç fərqli ideologiyanı və ya tezisi özündə cəmləşdirib, amma üçü də bir-birinə ziddir. "OLAYLAR"-ın xəbərinə görə, məsələyə münasibət bildirən Yaşıllar Partiyasının sədri Mais Güləliyev Azərbaycan bayrağının dəyişdirilməsi təklifini kəskin tənqid edib: "Cavan siyasətçi təklif edir ki, heç kimin yolunu getməyin, yalnız Gurcüstanın yolunu gedin. Amma unudur ki, Gurcustan bayrağında bu ölkənin dini-mənəvi dəyərlərini xarakterizə edən, nə az, nə çox, düz beş xaç işarəsi var. Gürcüstan ərazisi isə çox uzaqlarda görünən xaç abidələri ilə doludur. Görəsən müasir gəncliyi milli-mənəvi dəyərlərə qarşı qalxmağa məcbur edən nədir? Qloballaşmanın düzgün başa düşülməməsi, yoxsa siyasi səbatsızlıq?

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00