Gənclər siyasəti keyfiyyətcə yeni mərhələsini yaşayır
29 Mart 2013 14:17 SiyasətAzərbaycan gəncliyi beynəlxalq müstəvidə ölkəmizi layiqincə təmsil edir. Hazırda minlərlə gəncimiz xarici ölkələrin nüfuzlu ali məktəblərində təhsil alır ki, bu da çox mühüm göstəricidir". Belə bir açıqlama ilə çıxış edən Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədr müavini Ramin Məmmədov deyib ki, əsası ümummilli Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasəti bu gün də uğurla davam etdirilir, qətiyyətlə həyata keçirilir: "Bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Prezident İlham Əliyev fəaliyyətində gəncliyin inkişafına xüsusi diqqət yetirir. Məhz bu siyasətin nəticəsidir ki, Azərbaycan gəncləri dövlətimizi beynəlxalq müstəvidə də layiqli təmsil edirlər".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00