“Müttəfiq ölkələr arasında görüşlərin keçirilməsi vacibdir”
29 Mart 2013 13:41 Siyasət"Azərbaycan, Türkiyə və Gürcüstanın xarici işlər nazirləri arasında görüşlər mütəmadi olaraq keçirilir və böyük əhəmiyyət kəsb edir. Bu dövlətlərin ortaq maraqları maraqları var və bölgədə müəyyən strateji əhəmiyyət kəsb edən iqtisadi və siyasi xarakterli layihələri mövcuddur". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri yap.org.az saytına YAP İcra katibinin müavini Mübariz Qurbanlı Batumi görüşünə münasibət bildirərkən səsləndirib. Bildirib ki, bölgədə müəyyən layihələr var ki, bu layihələrin reallaşmasını yalnız bu üç ölkə birlikdə həll edə bilər: " Buna görə də, dövlət başçıları, xarici işlər nazirləri səviyyəsində görüşlər daimi xarakter daşıyır. Tərəfdaşların, müttəfiqlərin bu cür görüşləri vacibdir. Batumidə də keçirilən görüş də bu baxımdan, böyük əhəmiyyət kəsb edir. Hesab edirəm ki, xarici işlər nazilərinin Batumi görüşü və görüşdə aparılan müzakirələr bölgədəki bəzi iqtisadi layihələrin daha intensiv şəkildə həyata keçirilməsinə müsbət təsir göstərəcək".