Kim Çen İn sərsəm bəyanatlarla gündəmdə qalmağı bacarır
Vəfa Quluzadə: “İki dövlətin istər iqtisadi, istərsə də hərbi gücündə ABŞ-ın xeyrinə olan açıq fərqlər var”
29 Mart 2013 13:02 SiyasətKXDR lideri Kim Çen İn martın 29-da ölkənin raket qoşunlarını ABŞ-ın qitə hissəsinə, Cənubi Koreya və Sakit okeandakı hərbi bazalarına mümkün zərbələr endirmək üçün döyüş hazırlığına gətirilməsinə dair əmr imzalayıb. Əmrə əsasən, KXDR Silahlı Qüvvələrinin strateji raketləri istənilən an ABŞ ərazisinə və bu ölkənin Cənubi Koreya, Quam və Havay adalarındakı hərbi bazalarına zərbələr endirməyə hazır olmalıdır. Politoloq Vəfa Quluzadə hesab edir ki, KXDR lideri Kim Çen İn həmişə bu tip sərsəm bəyanatlar verməklə dünyanın gündəmində qalmağı bacaran şəxsiyyətdir. Koreya liderinin verdiyi əmrin heç bir siyasi, nə də ki, hüquqi əsası yoxdur. Çünki, KXDR ABŞ-la müharibə etmək iqtidarında deyil. İki dövlətin istər iqtisadi, istərsə də hərbi gücündə ABŞ-ın xeyrinə olan açıq fərqlər var. Sadəcə olaraq Kim Çen İnin bəyanatı müəyyən mənada reklam xarakterinə malikdir" ("OLAYLAR" İA)