GAMA Borçalıda Qafqaz Mədəniyyət Mərkəzi yaradacaq

Elmar Həsənov: “GAMA Borçalının bir sıra tarixi şəxsiyyətləri və mesenatlarının xatirələrinin əbədiləşdirilməsi üçün mini-layihələr həyata keçirməyə başlayacaq”

"Borçalıda Qafqaz Mədəniyyət Mərkəzi yaratmağı planlaşdırırıq". Gürcüstan Azərbaycanlıları Milli Assambleyasının (GAMA) Prezidenti, Gürcüstan Türkləri Konfederasiyası (GTK) Ali Şurasının sədri Elmar Həsənov belə deyib. E.Həsənovun sözlərinə görə yaxın gələcəkdə GAMA Borçalının bir sıra tarixi şəxsiyyətləri və mesenatlarının xatirələrinin əbədiləşdirilməsi üçün mini-layihələr həyata keçirməyə başlayacaq: "İlk addım olaraq Bolnisi rayonunun Faxralı kəndində Arif Əliyev adına Qafqaz Mədəniyyət Mərkəzi yaratmağı düşünürük. Məsələ ilə bağlı proqram artıq hazırdır və may ayından etibarən bu istiqamətdə işlər başlayacaq. Qeyd edim ki, Arif Əliyev tanınmış mesenat olub və Gürcüstan azərbaycanlılarının bir sıra məhəlli problemlərinin aradan qaldırılmasında iştirak edib. Qafqaz Mədəniyyət Mərkəzinə onun adının verilməsi isə Borçalı ictimaiyyəti və yerli əhali tərfindən də dəstəklənir. Yeni yaradılacaq mədəniyyət mərkəzi isə çoxprofilli olacaq və Qafqazın bir sıra xalqlarının mədəni əlaqələrinin genişlənməsinə töhfə verəcək". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00