“Bu ermənilərin növbəti təxribatıdır” - AÇIQLAMA

"Ermənilərin Şuşada "talış radiosu" açması növbəti təxribatdır". Belə bir açıqlama ilə çıxış edən Dünya Gənc Türk Yazarlar Birliyinin sədri Əkbər Qoşalı "OLAYLAR"-a bildirib ki,  Ermənistandan, separatçı erməni rejimindən bundan başqa bir şey gözləməyə dəyməz: "Düşmən onsuz da düşməndi. Onlar gah beynəlxalq hüquq normalarına zidd olaraq Xocalı hava limanını işə salmağa çalışır, gah özü atəşkəsi pozur. Əvəzində isə bizi ittiham edir. Eyni zamanda bir başqa şəkildə təxribata əl atır. Bir sözlə erməniyə yaraşan nə varsa onu da edirlər". İctimai Birlik sədri onub da deyib ki,  ancaq ermənilər bir şeyi hesablamayıblar: "Talışlar, ləzgilər, kürdlər, tatlar da... ermənidən çəkdiyini çəkib, gördüyünü görüb. Ona görə də ermənilər heç bir "konfet kağızına bükülmüş zəhər"lə baş qata bilməyəcəklər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00