Batumidə Azərbaycan, Gürcüstan,Türkiyə XİN rəhbərləri 2016-cı ilədək idarələrarası əməkdaşlıq çərçivəsində iş planının yekun protokolunu qəbul ediblər
28 Mart 2013 15:35 SiyasətBu protokol hər üç ölkəyə daha dərindən əməkdaşlıq etmək imkanını yaradacaq. trend-in məlumatına görə, bu fikir cümə axşamı Azərbaycan, Gürcüstan, Türkiyə XİN rəhbərləri Elmar Məmmədyarov, Əhməd Davudoğlu və Mayya Pancikidzenin birgə iştirakı ilə təşkil edilən konfransda səslənib. 2013-2015-ci illər üzrə idarələrarası əməkdaşlığın fəaliyyət planı üç ölkənin müvafiq idarələri tərəfindən hazırlanıb və konkret layihələrin və təşəbbüslərin həyata keçirilməsini nəzərdə tutur.
Növbəti üçtərəfli görüş təxminən 2013-cü ilin ikinci yarısında Azərbaycanda keçiriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00