TRT 31 Mart soyqırımı ilə bağlı proqram yayımlayacaq
Türkiyənin dövlət televiziyası olan TRT kanalı 31 Mart 1918-ci il tarixində azərbaycanlılara qarşı törədilən soyqırımla əlaqədar iki proqram yayımlayacaq
28 Mart 2013 14:34 SiyasətHər zaman olduğu kimi bu dəfə də dəstəyini nümayiş etdirəcək qardaş ölkənin dövlət televiziyasında 31 Mart soyqırımına həsr olunmuş "Tarixin qara səhifəsi" və "Qafqazdan əsən yellər" adlı proqramlar yayımlayacaq. "Tarixin qara səhifəsi" adlanan proqram Azərbaycan Dövlət İqtisad Universitetində soyqırımla əlaqədar təşkil olunan tədbirdə qonaqlara da təqdim ediləcək. Hazırlanan proqramlar TRT Haber, TRT Türk, TRT Avaz və TRT Anadolu kanallarında da efirə gedəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00