“İslam dövlətlərinin vahid valyutasının dövriyyəyə buraxılması mümkün deyil” - RƏY
Qadir İbrahimli: “İslam dövlətləri vahid mərkəzdə birləşməyiblər ki, onların hər hansısa vahid valyutası olsun”
28 Mart 2013 13:38 SiyasətQahirədə İslam ölkələrinin Beyin Mərkəzlərinin növbəti forumunda İslam dövlətlərinin vahid valyutasının dövriyyəyə buraxılması və vahid iqtisadi məkanın yaradılması ideyaları irəli sürülüb. İslam dövlətlərinin vahid valyutasının yaradılması üçün heç bir real zəminin olmadığını deyən iqtisadçı Qadir İbrahimlinin sözlərinə görə İslam dövlətləri müxtəlif iqtisadi bloklar və regional alyanslarda təmsil olunurlar: "Həmin dövlətlər vahid mərkəzdə birləşməyiblər ki, onların hər hansısa vahid valyutası olsun. Avropa İttifaqı dövlətləri vahid siyasi blokda birləşdikləri üçün bu təcrübəni uğurla tətbiq edə biliblər. İslam dövlətlərində isə bu ideyanın yaxın illər ərzində reallaşacağı mümkün deyil. Bu sadəcə olaraq heç bir iqtisadi əsası olmayan ideyalardan biridir və quru təklif olaraq da qalacaq" ("OLAYLAR" İA)