“Qarabağda talış radiosunun açılması siyasi məsələdir” - AÇIQLAMA

Əliyar Səfərli: “Bu, İranın dəstəyi ilə mümkün olub”

"Ermənistan Azərbaycandakı etnik azlıqları öz tərəfinə çəkməyə çalışır. Həmin millətlərin öndə gedən simalarını ələ keçirir. Hətta bir neçə il bundan qabaq İrəvanda talış qurultayı keçirilmişdi". Azərbaycanın İrandakı keçmiş səfiri Əlyar Səfərli Qarabağda talış radiosunun açılması barədə məsələyə münasibət bildirərkən belə deyib. Əlyar Səfərlinin sözlərinə görə, İrəvandakı radionun fəaliyyəti panfarsizmin təzahürüdür: "İran Azərbaycandakı talışlarla da geniş əlaqələrə sahibdir, onların bəziləri də İranla əlaqələrə müsbət yanaşırlar. Onlardan biri Hilal Məmmədovdur. Bu adamlar indiki məqamda şəxsi maraqlarının təmin olunması üçün İranla çox ciddi şəkildə fəaliyyət göstərirlər. Qarabağda talış radiosunun açılması milli yox, siyasi məsələdir. Bu separatçıların təxribatçılıq missiyasıdır. Onlar Azərbaycana qarşı təxribat hazırlayırlar. Qarabağdakı talış radiosunun yaradılması İranın xüsusi dəstəyi sayəsində olub. Azərbaycan dövləti panfarsizmə qarşı fəaliyyəti gücləndirməlidir". ("OLAYLAR İA)   

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00