“Azərbaycan bayrağı dəyişməlidir” – TƏKLİF

“Bayraqda mavi və yaşıl rəng bir-birinə ziddir”

Ümid Partiyası sədrinin müavini Ruslan İzzətli Azərbaycan bayrağının dəyişdirilməsi təşəbbüsü ilə çıxış edib. Bununla bağlı o, partiyanın mətbuat xidmətinə açıqlama verib.
Mətbuat xidmətindən "Qafqazinfo"ya daxil olan açıqlamada R. İzzətli, Azərbaycan bayrağını ziddiyətli adlandırıb: "Azərbaycan bayrağı üç fərqli ideologiyanı və ya tezisi özündə cəmləşdirib, amma üçü də bir-birinə ziddir. Bayraqda mavi və yaşıl rəng bir-birinə ziddir. İslam dini ümmətciliyi qəbul etdiyi halda, necə ola bilər millətcilik - Türk milli kimliyi ilə bir arada olsun?! Bu mənim bayrağımıza sayğısızlığım kimi anlaşılmasın. Əsla bu cür deyil, sadəcə ideyamızın və istəklərimizin hər kəsə doğru çatdırılmasının tərəfdarıyam. İllərdir siyasət yalan tirbunası oldu və insanlar siyasətcilərə inanmadı və bu gün də bunun acı nəticəsin görürük. Biz, kütlə üzərimizə gəlsə belə, doğrunu deməli və doğruları insanlarımıza çatdırmalıyıq. Mən bu gün Azərbaycanda Cümhuriyyətin ilk bayrağı - qırmızı üzərində aypara və səkkiz guşəli ulduzun olmasın istərdim. Bu bayraq daha dolğun və daha düzgün olardı fikirlərmizi hər kəsə çatdırmaqda" deyə bildirib.

Mixail Saakaşvilinin Gürcüstanda hakimiyyətə gəlməsindən sonra, Gürcüstanın dövlət bayrağının dəyişildiyini xatırladan Ruslan İzzətli: "Nümunə kimi Gürcüstanı göstərə bilərəm, demokratik hakimiyyət yarandıqdan sonra bayraqlarını dəyişdilər. Gürcüstan bayrağı 1991-ci ildə qəbul ediləndə, bizdə olduğu kimi 1918-1921-ci illərdə Gürcüstan bayrağı yenidən qəbul edildi. Amma 2004-cü ildə Saarkaşvili orta əsrlərdə Gürcü krallığın bayrağın qəbul etdi. Bununla da tarixinə sahib çıxdı və ideyanın dolğun çatdırılmasına yardımcı oldu".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00