“Bir millət iki dövlət sərgisi”
28 Mart 2013 13:03 SiyasətƏskişəhər Azərbaycanlılar Dərnəyi Espark ticarət mərkəzində İlhan İşbaşının əsərlərindən ibarət "Bir millət iki dövlət" adlı rəsm sərgisi təşkil edib. Diasporla İş üzrə Dövlət Komitəsindən "OLAYLAR"-a daxil olan məlumata görə, sərgi Əskişəhərin 2013-cü ildə Türk Dünyasının paytaxtı elan olunması və Türk Dünyasının bayramı olan Novruz bayramı tədbirləri çərçivəsində baş tutub. Sərginin açılışında Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının sədri Bilal Dündar, rəssam İlhan İşbaşı, Əskişəhər Türk Ocaqları sədri Nedim Ünal və çox sayda qonaq iştirak edib. Açılışdan əvvəl TADEF sədri Bilal Dündar sərgini Türkiyə-Azərbaycan dostluğu və əlaqələrin inkişafı baxımından əhəmiyyətini xüsusi vurğulayıb. Və belə bir tədbirin Türk Dünyasının paytaxtı olan Əskişəhərdə Azərbaycanlılar Dərnəyi tərəfindən təşkilinə görə məmnun qaldığını bildirib.