Ərdoğana Qəzzaya səfər etməmək qadağası
28 Mart 2013 12:40 Siyasətİsrailin "Yerusəlim Post" qəzetinin xəbərinə görə, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın bir neçə həftə sonra baş tutacaq Qəzza səfərinə Fələstin hakimiyyətindən etiraz gəldi. İddiaya görə, Fələstin hakimiyyətində təmsil olunan yüksək çinli məmurlardan biri Ərdoğana Qəzzaya səfər etməməyi tövsiyyə edib. Fələstinli rəsmi bildirib ki, Türkiyənin baş nazirini Qəzzada görmək istəmirlər. Çünki Türkiyə baş nazirinin səfər zamanı yalnız "Həmas"ın nəzarətindəki Qəzzada olması fələstinliləri bölə bilər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00