Sankt-Peterburqda Gənclər PA-nın ilk iclası keçiriləcək
28 Mart 2013 12:39 SiyasətMilli Məclisin deputatı Sevinc Fətəliyeva MDB-yə üzv dövlətlərin Gənclər Parlamentlərarası Assambleyasının ilk iclasında iştirak etmək üçün martın 28-dən 29-dək Rusiyanın Sankt-Peterburq şəhərində səfərdə olacaq. Bu barədə Milli Məclisin mətbuat xidmətindən "Olaylar"a verilən məlumata görə,
tədbirin gündəliyinə qurumun iş planı, gənclərin parlamentlərarası forumunun keçirilməsi, təşkilatın əlaqələndiricisi, məsul katibi, emblemi barədə məsələlər daxil edilib. Millət vəkili müzakirəyə çıxarılacaq məsələlərlə bağlı fikirlərini açıqlayacaq, münasibətini bildirəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00