31 Mart soyqırımının qurbanları Şərqşünaslıq İnstitutunda anılacaq

Martın 29-da AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçiriləcək. İnstitutdan "OLAYLAR"a daxil olan məlumatda bildirilir ki, tədbirdə institut əməkdaşlarının yazdıqları, eləcə də cənubi azərbaycanlı müəlliflərdən tərcümə etdikləri ermənilərin həm Şimali, həm Cənubi Azərbaycanda azərbaycanlılara qarşı törətdikləri soyqırımına həsr olunmuş kitabların təqdimatı keçiriləcək.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00