Deputatlarımız Romada Qarabağ məsələsini müzakirə edəcəklər

Milli Məclisin İtaliya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azər Kərimli, deputatlar Rasim Musabəyov və Ceyhun Osmanlı "Azərbaycan 2020. Gənclərin baxışı" adlı forumda iştirak etmək üçün İtaliyanın paytaxtı Roma şəhərinə səfər ediblər. "Olaylar" xəbər verir ki,  tədbirdə "Baxış 2020: Azərbaycan üçün yeni brendlər və yeni trendlər", "Ənənəvi və ictimai diplomatiya", "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixçəsi, danışıqlar prosesinin gerçəklikləri, hazırki vəziyyət və perspektivlər" mövzuları ətrafında müzakirələr aparılacaq. Deputatlar mövzularla bağlı fikirlərini bölüşəcək, təkliflərini verəcəklər. Səfər martın 30-da başa çatacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00