Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin Konrad Adenauer Fondu ilə əməkdaşlığı davam edir
27 Mart 2013 16:29 SiyasətYeni Azərbaycan Partiyası Gənclər Birliyinin genişlənən beynəlxalq əlaqələri Almaniyanın Konrad Adenauer Fondu ilə əməkdaşlıqla davam edir. Almaniyanın Konrad Adenauer Fondu ilə qarşılıqlı əlaqələrimiz günbəgün inkişaf etməkdədir. Fondun Cənubi Qafqaz üzrə regional proqramı çərçivəsində, mart ayının 28-də saat 10:00-da Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin bir sıra gəncləri ilə "Strateji komunikasiyalar" mövzusunda təlim təşkil ediləcəkdir.Tədbir Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin ofisində keçiriləcək. Təlim Fondun almaniyalı təlimçi-eksperti Juri Schnöller tərəfindən təqdim ediləcəkdir. İngilis dilində təşkil ediləcək təlimdə "Yeni medya əsrində siyasi kommunikasiyalar və vətəndaş dialoqu", "Effektiv ünsiyyət üçün əsas amil kimi ismarıc hazırlanması", "Emosiyalar və insanların fəallaşdırılması yolları" və "Uğurlu medya strategiyasına yeddi addım" adlı mövzular təlim istiqaməti olaraq planlaşdırılıb. Daha sonra keçirilən təlim üzrə gənclərimizlə qarşılıqlı iş prosesi nəzərdə tutulub. Təlim fasilələrlə gün ərzində davam edəcəkdir.Proqramın davamı olaraq mart ayının 29 da təlim iştirakçıları "31 Mart Soyqırım" qurbanlarını yad etmək məqsədi ilə "Quba məzarlığına" ziyarətə yola düşəcəklər.