Gürcüstan türkləri yeni təşkilat yaratdı
Atif Borçalıoglu: “Gənc Demokratlar Təşkilatının məqsədi vətəndaş cəmiyyətinin inkişafına nail olmaqdır”
27 Mart 2013 16:00 SiyasətMarneuli şəhərində Gənc Demokratlar Təşkilatı təsis edilib."Gənc Demokratlar Təşkilatı"nın təsisçisi Gürcüstan Respublikasının vətəndaşı Atif Borçalıoğlu və ona yaxın bir sıra içtimai siyasi xadimlər və gənclərdir. "OLAYLAR"a açıqlamasında Atif Borçalıoglu deyib ki, Gənc Demokratlar Təşkilatı" təsis olunub və Nizamnaməsi qəbul edilib. Həmçinin Nizamnaməyə uyğun olaraq GDT-nın ali orqanları seçilib. Həmçinin "Gürcüstan İnkişaf və Təhlükəsizlik Alyansının" Prezidenti Tamir Süleymanov Gənc Demokratlar Təşkilatının sədr müavini seçilib. GDT-nin əsas məqsədi Gürcüstan vətəndaşlarının ümumrespublika səviyyəsində inkişafını təmin etməklə elm, təhsil, din,sosial, mədəniyyət, ekoloji maarifləndirmə, sahibkarlıq, mənəviyyat, könüllülük işinin inkişafı və vətənpərvərlik sahəsində fəaliyyətin qurulması istiqamətində işlərin aparılması, insanların azadlığı və fərdi inkişafının təmin olunması, milli-mənəvi dəyərlərə əsaslanan müasir vətəndaş obrazının yaradılması, ümumrespublika və beynəlxalq səviyyədə əməkdaşlığın və iştirakın təmin olunmasıdır.