Valideynlərə ŞAD xəbər: Prezident uşaqlarla bağlı fərman imzaladı
1 Sentyabr 2019 22:30 SiyasətPrezident İlham Əliyev "Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanunu imzalayıb.
19 maddə və 5 fəsildən ibarət olan qanun 2020-ci ilin yanvarın 1-dən qüvvəyə minir.
Prezident İlham Əliyev həmçinin sözügedən qanunun tətbiqi barədə fərman imzalayıb.
Fərmanda bildirilir ki, Nazirlər Kabineti 3 ay müddətində Azərbaycan qanunlarının və Azərbaycan Prezidentinin aktlarının "Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb Prezidentə təqdim etməlidir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31