XİN: "Bu məlumatların heç bir əsası yoxdur"

XİN: "Bu məlumatların heç bir əsası yoxdur"

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti xarici media orqanlarında ölkəmizlə bağlı yayımlanan əsassız məlumata münasibət bildirib. XİN-dən "Olaylar"a daxil olan məlumatda bildirilir ki, sözügedən məlumatların heç bir əsası yoxdur: "Təəssüflə qeyd etmək istərdik ki, bəzi xarici media resurslarında İsrail dronlarının İraq və İrana hücum edilməsi məqsədilə Azərbaycana gətirilməsi ilə bağlı tamamilə əsassız məlumatlar tirajlanmağa davam edir. Biz bu məlumatı qətiyyətlə rədd edirik, bu məlumatların heç bir əsası yoxdur və dezinformasiya məqsədi daşıyır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31