Naxçıvanda soyqırım sərgisi
27 Mart 2013 15:09 SiyasətBeynəlxalq Əsilsiz Erməni İddialarına Qarşı Mücadilə Dərnəyi ASİM-DER Naxçıvan Muxtar Respublikasında soyqırım sərgisi təşkil edəcək. Bu barədə "OLAYLAR"-a məlumat verən dərnək rəhbəri Göksəl Gülbəy deyib ki, sərgi martın 29-da baş tutacaq: "Naxçıvan Dövlət Üniversitetinin sərgi salonunda baş tutacaq sərgidə ermənilərin 1915-1918 illərdə Türkiyənin müxtəlif bölgələri, Iqdır, Ərzurum, Qars, Van, Muş, Bitlis, Ərzincan şəhərlərində, eləcə də Azərbaycanda həyata keçirdikləri soyqırımlarla bağlı fotolar sərgilənəcək". ASİM-DER rəhbəri deyib ki, sərgiyə Türkiyə və Azərbaycandan da önəmli şəxslər qatılacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00