Paşinyanın bəyanatı Azərbaycanın ədalətli mövqeyini daha da gücləndirəcək

Paşinyanın bəyanatı Azərbaycanın ədalətli mövqeyini daha da gücləndirəcək

"Dağlıq Qarabağın Azərbaycandan qopardılaraq Ermənistana birləşdirilməsi ideyası yeni deyil, 30 il bundan öncə Ermənistanda meydanlarda mitinqlərdə səslənən ideyadır. Sonradan Ermənistan rəhbərliyi bu ideyanın onlar üçün ciddi problemlər yarada biləcəyini düşünərək, Dağlıq Qarabağ münaqişəsini "müstəqilik", "öz müqəddəratını təyinetmə" kimi prinsiplər əsasında maskalamağa çalışdılar. Amma keçən illər ərzində buna da nail ola bilmədilər"."Olaylar" xəbər verir ki, bunu millət vəkili Tahir Mirkişili deyib. Əlavə edib ki, Ermənistan baş nazirinin bu şüara bir daha qayıtması bir tərəfdən keçən müddət ərzində Ermənistanın Dağlıq Qarabağla bağlı apardığı siyasətin iflasa uğraması deməkdir, digər tərəfdən Paşinyanın ciddi və savadlı dövlət adam olmamasından, onun meydan-mitinq şüarlarının kütləni idarə edə bilməsini düşüməsindəndir: "Hesab edirəm ki, Azərbaycanın ardıcıl xarici siyasəti Ermənistan baş nazirini belə çıxılmaz və Ermənistan mövqelərini daha da zəiflədən belə fikirlər səsləndirməsinə gətirib çıxarıb. Bu bəyanat münaqişənin həllində Azərbaycanın ədalətli mövqeyini daha da gücləndirəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31