Azərbaycan və Türkiyəyə qarşı yönələn məkirli plan -PROBLEM

Azərbaycan və Türkiyəyə qarşı yönələn məkirli plan

Ermənistan istər tarixən, istərsə də günümüzdə nə qədər qəribə və təəccüblü olsa da, iki əsas dövləti, Türkiyə və Azərbaycanı özünə təhlükə hesab edib, düşmən gözündə görüb. Ermənistanda bu mövqe, yanaşma dövlət siyasətinə çevrildiyindən uzun illər bu ölkə tərəfindən həm Türkiyə, həm də Azərbaycana qarşı strategiya hazırlanıb, həm Bakı, həm də Ankaranı məhv etmək, çökdürmək üçün planlar üzərində işlənilib. Türkiyəyə qarşı düşmənçiliyini qondarma soyqırım iddiaları və onun dünyada tanıdılması istiqamətində quran Ermənistan, Azərbaycana qarşı düşmənçiliyini isə onun ərazilərini zəbt etmək, işğala məruz qoymaqla sərgiləyib. Tarixən işğalçılıq və təcavüzkar siyasəti ilə qarış-qarış Azərbaycan ərazilərini ələ keçirən Ermənistan artıq 30 ilə yaxındır ki, 20 faiz torpaqlarımızı da zəbt edib, orada separatçı rejim yaradıb.

Günümüzdə işğalçılıq və təcavüzkar siyasətindən dolayı dünyadan təcrid olunan Ermənistan düşmüş olduğu acı durumun səbəblərini araşdırıb, ondan nəticə çıxarmaq əvəzinə, əksinə İrəvanın təcrid edilməsində mühüm rol və haqlı mövqedə dayanan Azərbaycana qarşı yeni planlar üzərində işləyir, onun nüfuzuna, beynəlxalq aləmdəki imicinə kölgə salmağa, zərbə vurmağa çalışır. Burada təəssüf doğuran məqamlardan da biri ondan ibarətdir ki, işğalçı ölkə və onun lobbisi antiAzərbaycan fəaliyyətində bəzi "azərbaycanlılardan" da istifadə edə bilir, onları maddiyat qarşılığında öz tərəfinə çəkərək Azərbaycana qarşı mübarizəyə qoşur. Hazırda erməni lobbisi, ona xidmət edən bəzi beynəlxalq təsisat və qurumlar, eləcə də daxildəki antimilli qüvvələrin bu istiqamətdə çalışdığını deyən hüquq müdafiəçisi Sahib Məmmədov hesab edir ki, Azərbaycan və Türkiyəyə qarşı yönələn məkrli planların yeni dalğasına hazır olmalıyıq. Onun sözlərinə görə, maraqli və qeyri-maraqli insanlar Nikol Paşinyanin Xankəndindəki çixişinin ancaq populist hissələrinə diqqət ayirmaqla kifayətləndilər: "Erməni şəbəkəsində olanlar isə bundan hakimiyyət əleyhinə apardıqları ənənəvi propoqanda işində maksimum bəhrələndilər. Lakin bu siyasi diletant və marionetkanın çıxışında diqqətdən kənarda qalan bəzi məqamlar da oldu. Nikol Paşinyan David Şahnazaryanın ifadəsi ilə desək həmin çıxışında "uca bəyanatla" elan etdi ki, Ermənistan kəşfiyyatı yaxın vaxtlarda dünyanın ən yaxşı kəşfiyyat qurumlarından biri olacaq. Nikol Paşınyan bu kəşfiyyatın gücünü erməni diasporuna bağlayıb. Rusiya təhlilçiləri isə bunu "Mossad" modeli ilə eyniləşdiriblər".

Sahib Məmmədovun sözlərinə görə, Nikol Paşinyan nə qədər deletant olsa da, bu dedikləri kifayət qədər ciddididir və bu istiqamətdə Ermənstan uzun illərdir iş aparır: "Sadəcə bu gün onun elan olunması həm də Azərbaycana növbəti hədə kimi qiymətləndirilməlidir. Artıq heç kəsə sirr deyil ki, Azərbaycan dövləti ermənilərlə təmas xəttini möhkəmlədirmək və ordunu gücləndirməklə məşğul olduğu dövrdə Ermənistan Azərbaycanın daxilində agent şəbəkəsini qururdu. 2012-ci ildən başlayaraq Ermənistan bu şəbəkəni Avropa və ABŞ-da formalaşdırmağa başladı. Öz böyük dostunun köməyi və həmin erməni diasporunun maliyyə yardımı ilə Avropadakı bəzi humanitar və insan hüquqlarını müdafiə edən təşkilatlar vasitəsi ilə Azərbaycandakı bəzi ictimai birliklər, jurnalistlər, bloggerlər, vəkillər müxtəlif seminarlar adı altında Avropadakı təlimlərə cəlb edilməklə onların bir hissəsini nüfuz agentinə çevirdilər, daha sonra siyasi qüvvələrə girişdilər. Bir sözlə bizdə 2005-2015-ci illərdə mövcud olan boşluqdan maksimum bəhrələndilər. İkinci mərhələdə orduya girişdilər, daha sonra 2012-ci ildə süni mühacir axınına nail olaraq Avropada bir şəbəkə yaratdılar. Daha sonra bəzi təsir agentlərini ikili agentə çevirdilər və s. Mən hələ 2015-ci ildə "Kaspi" qəzetinə verdiyim geniş intervüdə bu problemə toxunmuşdum "Silahlı Qüvvələrimiz cəbhə xəttində ayıq-sayıq dayanır, Vətənimizin keşiyini çəkir. Azərbaycan Ordusunun gücü, düşmən üzərində sözün bütün mənalarında üstünlüyü də göz qabağındadır. Belə olan vəziyyətdə düşmənlərimizə imkan verməli deyilik ki, Azərbaycanın daxilində ikinci cəbhə açsınlar".

Sahib Məmmədov onu da diqqətə çatdırıb ki, Nikol Paşinyanın bu bəyanatı elə-belə bəyanat deyil: "Azərbaycan və Türkiyəyə qarşı yönələn məkrli planların yeni dalğasına hazır olmalıyıq".

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31