İbrahimbəyovun siyahısı aranı qatdı - SİYASİ ŞƏRH

Milli Şuranın tərkibi müxalifətdə narahatlıq yaradıb

Kinodramaturq Rüstəm İbrahimbəyovun çoxdan gözlənilən Milli Şuranın tərkibi ilə bağlı mövqeyi artıq bəllidir. Mətbuata MŞ-nın mümkün tərkibini əks etdirən siyahı sızıb. Siyahıda maraqlı isimlər var və artıq aydın oldu ki, İbrhaimbəyov MŞ-ni elə bur tərkibdə görmək istəyir. Qeyd edək ki, siyahıda 50 nəfərin adı var və onların çoxu ictimai-siyasi mühitdə mövcud olan bəlli şəxslərdir. Minval.az saytı siyahını "iqtidayönümlü yazılar yazan Səməd Əkbərov adlı Facebook istifadəçisi"nə istinadən yayıb. Amma bəllidir ki, bu siyahı İbrahimbəyovun olmasa belə, müxalifət düşərgəsini tanıyan adam tərəfindən tərtib olunub. Xatırladaq ki, siyahıda Ziyalılar Forumundan Rafiq Əliyev, Cəmil Həsənli, Ramiz Rövşən, Gültəkin Hacıbəyli; Müsavat Partiyasından İsa Qəmbər, Arzu Səmədbəyli, Arif Hacılı, Qubad İbadoğlu; AXCP-dən Əli Kərimli,
Fuad Qəhrəmanlı, Həsən Kərimov, Nurəddin Məmmədli;EL hərəkatından Eldar Namazov,
Zəfər Quliyev,
Eldəniz Quliyev,
Rəşid Hacılı; REAL hərəkatından İlqar Məmmədov,
Erkin Qədirli;
Siyasi xadimlərdən Rəsul Quliyev,
Lalə Şövlət,
Etibar Məmmədov,
Pənah Hüseyn, İqbal Ağazadə
KİV rəhbərlərindən Elçin Şıxlı,
Mehman Əliyev,
Arif Əliyev,
Rauf Arifoğlu,
Qənimət Zahid, Qulu Məhərrəmli; üçüncü sektordan Arzu Abdullayeva,
Zərdüşt Əlizadə,
Leyla Əliyeva,
Hikmət Hacızadə,
Leyla Yunus,
Novella Cəfəroğlu,
Yaşar Cəfərlinin adı var. Siyahıda başqa isimlər də var. Amma Milli Şuranın gələcək tərkibini təxmini müəyyən etmək üçün bu adlar yetərlidir. Məlum olur ki, İbrahimbəyov Milli Şuranı bir az yuxarı, bir az aşağı elə bu tərkibdə görmək istəyir. Bu cür düşünməyə əsasımız var. Çünki bir müddət öncə Rüstəm İbrahimbəyov real müxalifətin tərkibi ilə bağlı təxmini firkirlərini bildirmiş və qeyd etmişdi ki, o, Müsavatı və AXCP-ni real müxalifət sayır. Hətta onun bu fikri ADP sədri Sərdar Cəlaloğlunun narazılığına səbəb olmuşdu. Görünür, bu siyahını yayan adam məhz bu amili nəzərə alıb. Müxalifət daxilində daim həssas olan nöqtəyə vurub. Siyahı gözlənildiyi kimi narazılıq doğurub. AXCP-yə yaxınlığı ilə seçilən siyasi fəallardan biri Fikrət Hüseynli siyahıda çoxlu "agentlərin" olduğunu bildirib. "Qarabağ" bloku, ACP bu siyahıdan ciddi narazıdır. Çünki siyahıda nə Sülhəddin Əkbərin, nə də ADP funksionerlərindən heç kimin adı yoxdur. Siyahını yayanlar bilərəkdən narazılıq yaratmaq, Milli Şuranın elan olunmamışdan hədəfə çıxarmaq, Rüstəm İbrahimbəyovu tənqid hədəfinə gətirmək istəyiblər. İbrahimbəyov məsələyə münasibət bildirməyib. Amma onun mövqeyi aydındır. Kinodramaturq sihayıdan xəbəri olmadığını bildirəcək. Amma iş burasındadır ki, onun yayacağı siyahı bundan ciddi fərqlənməyəcək. Çünki onun "real müxalifət"ə baxışı bəllidir. Bu durumda yeganə yol bir müddət Milli Şura haqqında danışmamaqdır. Yalnız bu yolla MŞ-nin nüfuzunu qoruyub saxlamaq mümkün olacaq. Əks halda qurum yaranmamış narazı qüvvələrin hədəfinə çevriləcək. Milli Şuranın yaranması zamanı köhnə metodlardan istifadə olunacaqsa, yenə ayrı-seçkilik qoyulacaqsa və namizədlər AXCP və Müsavatın "süzgəci"indən keçəcəksə, onda böyük birlikdən danışmaq yersizdir.
 

Ərhun Abbas

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00