Qərbin “demokratiya” mesajından qürrələnənlər - Siyasi analiz

Qərbin “demokratiya” mesajından qürrələnənlər-Siyasi analiz

Xarici dairələrə xidmət müxalifətin fəaliyyətinin anatomiyasını təşkil edir

Azərbaycanın yerləşdiyi coğrafi məkan, iqlimi və zəngin təbii sərvətləri hər zaman digər dövlətlərin diqqət mərkəzində olub. Gündən-günə inkişaf etməsi, dünya dövlətləri arasında nüfuzunun artaraq söz sahibi olması, beynəlxalq tədbirlərə ən yüksək səviyyədə ev sahibliyi etməsi Azərbaycanı istəməyən dövlətlərin, beynəlxalq təşkilatların əsəblərini tarıma çəkir və onlar hər fürsətdə ölkəmizə zərər vurmağa, onu gözdən salmağa çalışırlar. Təəssüflər olsun ki, bəzən onlara bu məkrli niyyətlərini həyata keçirməyə yardım edən sapı özümüzdən olan baltalar da tapılır. Etiraf edək ki, dirijor çubuğu ilə oynamağa hazır olan kəsimlər uzaqda deyil, elə müxalifətdə təmsil olunanlar sırasındadır. Heç kimə sirr deyil ki, radikal müxalifət kimi özünü cəmiyyət sırımağa çalışan AXCP,  onun "lideri" Əli Kərimli və ətrafındakılar nəyin bahasına olursa olsun dövləti, milləti qıpik-quruşa satmağa hazır dayanıblar. Çox təəssüf ki, bu məsələdə xaricdə, xüsusən Avropada fəaliyyət göstərən antiAzərbaycan dairələri ilə əməkdaşlıqda belə maraqlı görünürlər. Məgər Əli Kərimli və onun əqidədaşları dərk etmirlərmi dünyaya ağalıq iddiasında olan Qərbin bir sıra dairələrinin öz daxillərindəki demokratik prinsiplər darmadağın olub. Əslində, bunu çox yaxşı bilir və dərk edirlər, lakin Azərbaycana qarşı əllərində tutarlı arqument olmadığından Qərbin fitvasına gedirlər. Maraqlıdır, görəsən, bu dairələrin ədalətdən, beynəlxalq hüquqdan, insan haqlarının qorunmasından xəbərləri varmı? Ermənistan 20 ildən çoxdur ki, Azərbaycan ərazilərinin bir hissəsini işğal edib. Bu işğal nəticəsində 1 milyondan çox Azərbaycan vətəndaşının hüquqları pozulub. Nə üçün həmin demokratiya carçıları bu hüquqları müdafiə etmirlər? Niyə bu barədə susurlar? Çünki bu barədə danışmaq onlara sərf etmir. Və yaxud, son zamanlar ABŞ-da baş verən hadiəsələrə nəzər yetirək. Bu gün Amerikada qaradərililərə qarşı irqçi ayrı-seçkilik quldarlıq dövrünü xatırladır, amma  "demokratik carçıları" bununla bağlı bir kəlmə də demirlər. Deməli, "demokratiya" Qərbin təsəvvüründə dünyaya ağalıq etməsi üçün əsas təzyiq alətidir. Bunu qərbli siyasətçilərin özləri də bəzən etiraf edirlər. Onlar üçün demokratiya sadəcə bir oyundur. Azərbaycan kimi gənc dövlətlər isə Qərb üçün "yağlı tikə"ni xatırladır. Bu tikədə çoxlarının gözü var və olacaq da. Çünki Azərbaycan zəngin neft-qaz ölkəsidir, yerləşdiyi geosiyasi və geostrateji coğrafi mövqeyi bir çox dövlətin bura tamah salmasına səbəb olub. Rəsmi Bakı öz təbii ehtiyatlarından hansısa güclərin marağı üçün yox, bu torpaqlarda yaşayan insanların rifahının yüksəldilməsi üçün istifadə edir. Və "demokratiyanı" təzyiqə çevirənlər, məhz bunu, rəsmi Bakının müstəqil siyasətini həzm edə bilmir.

Əslində radikal müxalifət, eləcə də Əli Kərimli və ətrafı dərk etməlidir ki, Qərbin bizə verdiyi "demokratiya" mesajları Azərbaycan cəmiyyətində heç də rəğbətlə və birmənalı qarşılanmır. Hər kəs bunu acı həqiqət olaraq ikili standartların növbəti səhifəsi kimi qəbul edir. Bir milyona yaxın qaçqın və məcburi köçkünü olan bu dövlətin mütləq əksəriyyəti ABŞ-a, bütövlükdə Qərbə qəhrəman gözü ilə baxa bilməz. Çünki bu xalq 90-cı illərin əvvəllərində Azərbaycanda olduğu kimi və bu gün də Yaxın və Orta Şərqdə, Ukraynada baş verən hadisələrdən özü üçün yaxşı nəticə çıxarıb. İndi Azərbaycan xalqı yaxşı dərk edir ki, Qərbin "burun soxduğu" ərazilərdə heç zaman sabitlik, demokratiya və əmin-amanlıq olmayıb. Onlar üçün Qərbdən qalan "xatirələr" yalnız və yalnız kütləvi insan qırğınları, müharibələr, münaqişələr və fəlakətlərdir. Digər tərəfdən, demokratiya təbii proses olsa da ona kənardan təsir edəndə, əks effekt verə bilir. Demokratiya həm də insanların şüurunda dəyişiklik deməkdir. 15-20 ildə isə insan şüuru köklü dəyişə bilməz. Əgər belə olsaydı, o zaman əsrlərlə müstəqillik yaşı olan ABŞ-da, Böyük Britaniyada, Fransada və digər Qərb dövlətlərində "demokratiya halvası" tam bişmiş olardı. Bütün bunlara rəğmən, Azərbaycan dövləti demokratiya yolunda çox sürətlə irəliləyir, azad söz və mətbuat üçün hər cür şərait yaradılır, ölkədə demokratik seçki sistemi mövcuddur. Belə bir şəraitdə Əli Kərimli və onun təmsil etdiyi qurumun antiAzərbaycan fəaliyyətinin fiaskoya uğrayacağı hamıya gün kimi aydındır. "Yurddaş" partiyasının sədri Mais Səfərli deyib ki, bu gün ölkə ictimaiyyəti Əli Kərimlini də, digər o radikal müxalifətin liderlərini də çox gözəl tanıyır: "Dəfələrlə xalq AXCP sədrinin qəpik-quruş qazanmaq üçün milli maraqları satmağa çalışdığının şahidi olub. Bu baxımdan Əli Kərimlidən hər cür yaramazlıq gözləmək olar. Onun kimilər nə qədər təxribatlara cəhd etsələr də istəklərinə nail ola bilməyəcəklər. Ölkədə gedən inkişafdan vətəndaşlar çox məmnundurlar və müxalifətin bu cür reallığı özündə əks etdirməyən fikirlər səsləndirməsinə it hürər karvan kimi keçər məsli kimi baxırlar. Bunların diqqət mərkəzinə çevrilmək üçün atdıqları təxribatlarına cəmiyyət əhəmiyyətsiz yanaşırlar. Yəni müxalifət düşərgəsinin təmsil edən şəxslərin özləri də çox gözəl bilirlər ki, Azərbaycan vətəndaşları müxalifətin dediklərinə heç vaxtı inanmır. Qaldı ki, müxalifətin bu cür fəallaşması onlara onlar xaricdən təlimat verilir. Azərbaycanın inkişafından çox narahat olan, qısqanclıq hissi keçirən bəzi siyasi dairələr var. Yəni xaricidə olan bəzi qüvvələr var ki, Azərbaycan dövlətinin inkişaf etməsi onları sevindirmir, əksinə onlar bu inkişafdan narahatlıq hissi keçirirlər. Azərbaycan getdikcə qüdrətlənib, Azərbaycan bu gün nəyin ki, regionun güclü qüdrətli dövlətinə çevrilib, Azərbaycan artıq dünyada öz hörmətini qazanmış nüfuzla bir dövlətdir. Ona görə də, bunlar çalışırlar ki, bizim inkişafımızı əngəlləsinlər. Amma onların nə etməsindən və deməsindən asılı olmayaraq onlar heç vaxt öz məkrli istəklərinə çatmayacaqdır".

Nurlan

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31